Qırmızı.az
Bakıda ödəniş terminalı oğurlandı
Bakıda "E" manat ödəniş terminalı oğurlanıb
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulublar.
Müəyyən edilib
ki, onlar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən "Vois MMC"-yə
məxsus Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Binə
qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan,
qapını sındırmaq yolu ilə tütün məmulatları, Binə qəsəbə sakini
Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat,
mağazada olan Pay Point aparatını sındıraraq içərisində pul olan
qutunu, Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan
"Mooleniz" MMC-yə məxsus "E" manat ödəniş terminalını, Binə qəsəbə
sakini Azad Əhmədzadəyə məxsus marketdən "Mooleniz" MMC-yə məxsus
Pay Point aparatı sındıraraq 2000 manat
oğurlayıblar.
Oğurluqda
şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq