Qırmızı.az
Şifahi nitqi yazıya çevirən sistem yaradıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən “Dilmanc İmla” sistemi yaradılıb. Artıq sistemin bir sıra xidmətləri təkmilləşdirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, sözügedən proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.
Proqramın bu yaxınlarda hazırlanmış yeni versiyası bu günədək mövcud olan digər sistemlərdən fərqli olaraq şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.
Bu proqramı əldə etmək üçün çox sadə təlimatlara əməl etmək kifayətdir. İlk öncə layihənin saytından kompüterə “Dilmac İmla” proqramını yükləmək lazımdır.
Tətbiq onlayn rejimdə kompüter və mobil telefonda işlədiyi üçün eyni proqramı smartfonlarınıza da yükləmək lazım gəlir. “Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən telefonlara yükləmək mümkündür.
Yükləmə əməliyyatını başa çatdırdıqdan sonra, kompüterdə “Dilmanc İmla” proqramının pəncərəsində göstərilən birləşmə kodunu mobil telefonunuza daxil edin. Kodu daxil etdikdən sonra mobil telefonunuzda imla rejimi aktivləşəcək. Daha sonra “Microsoft Word” və ya digər mətn redaktorlarında fayl yaradaraq kursoru həmin səhifədə saxlayın. Bundan sonra istədiyiniz səsli məlumatı (əvvəlcədən yazılmış və ya hazırda səsləndirdiyiniz səs yazısı) mətnə çevirmək üçün sadəcə ekrana toxunmağınız kifayətdir. Mətnə çevrilən nitq avtomatik olaraq kompüterinizdə yaratdığınız fayla yazılacaq.
Gülxar
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü