Qırmızı.az
Masallıda cehiz oyunu: mebel salonu müştərini necə tələyə saldı? - QALMAQAL
Yardımlı rayonu Osnaqaran kənd sakini Kamal Şabıyev artıq bir neçə aydır xoşagəlməz halla üzləşib. Bununla bağlı Kamal Şabiyev saytımızın "Poçt Qutusu"na müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, o, yanvarın 26-da Masallı şəhərinin mərkəzində, "Günəş" mebel salonundan qızına mebel almaq istəyib.
Salondakı mebel nümunələrini alıcıya göstərən mağazanın sahibləri olan Anar və Elçin adlı şəxslər ona bildiriblər ki, bəyəndiyi mebeli alıcının yaşadığı ünvana 3 gün ərzində çatıracaqlar: "Mağazada yaxın günlərdə toyu olacaq qızım üçün maddi imkanıma uyğun yataq mebelini seçdim. Buna görə də mebeli almaq üçün Anara 550 manat pul verdim. O, mənə heç bir kassa qəbzi və ya sənəd vermədi. Bildirdi ki, mebeli ünvana çatdıranda müvafiq sənədləri də təqdim edəcək".
Lakin vəd verilmiş müddət başa çatanda mebel Kamal Şabıyevin ünvanına çatdırılmır: "Üç gün sonra – mebelin çatdırılmadığını görüb, yanvarın 29-da Yardımlıdan Masallıya - "Günəş" mebel salonuna getdim. Anar bildirdi ki, mebel hələ hazır deyil. O məndən əlavə 3 gün möhlət istəyərək yataq dəstini fevralın 1-də ünvanıma çatdıracağını vəd verdi. Vəd verdiyi gün tamam oldu. Lakin mebel yenə ünvanıma çatdırılmadı. Zəng etdikdə Anar yenə mebelin hazır olmadığını dedi".
Kamal Şabıyevin sözlərinə görə, mebel mağazasının sahibləri bundan sonra onu get-gələ salıblar: "Dəfələrlə ona və mağazanın digər sahibinə zəng etsəm də, mebeli gətirməkdən müxtəlif bəhanələrlə imtina etdilər. Buna görə də onlardan pulumu geri istədim. Lakin həm Anar, Elçin mebeli gətirməkdən, və ya pulumu geri qaytarmaqdan boyun qaçırdılar. Onlara bununla bağlı polisə şikayət edəcəyimi dedikdə bildirdilər ki, get, kimə istəyirsənsə, şikayət et. Onlar məni aldatdıqlarına görə, daha mebeli yox, pulumu geri istəyirəm".
Onun sözlərinə görə, artıq qızının toy mərasimi də olub. Hətta övladına yataq mebelini qudası alıb. Lakin Kamal Şabıyev bu günə kimi nə qızına almaq istədiyi mebelin üzünü görüb, nə də pulunu geri ala bilib: "Artıq qızımın toyu olub. Qudam mənim aldadıldığımı görüb, toy ərəfəsində yataq dəstini özü aldı".
"Günəş" mebel salonunun Anar adlı sahibi bildirdi ki, Kamal Şabıyevə borclu qalmalarının bəzi obyektiv səbəbləri var: "Qoy, gedib bizi polisə versin. Biz demirik ki, pulu verməyəcəyik. Sadəcə, bəzi problemlərimiz ortaya çıxdı. Söz verirəm ki, yaxın günlərdə ona olan borcumuzun tam hissəsini də olmasa bir qismini ödəyəcəyik".
Anar Tağıyev
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı













.jpg)






















