Qırmızı.az
Sahibkarlara böyük dəstək, 9000 min yeni iş yeri açıldı
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Publika.az xəbər verir ki, Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı aparılıb. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilərək, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılıb, zeytunçuluq təsərrüfatına və ildə 4 min ton tərəvəz məhsulları istehsal edə biləcək müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, Bakı şəhərinin qəsəbələrində 109,8 ha ərazidə illik istehsal gücü 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.
İqtisadiyyat şöbəsi
-
Kriminal09:00
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ