Qırmızı.az
“Kontakt Home”-un saxta mal fırıldağı – KÜTLƏVİ NARAZILIQ
"Son günlər bizim təşkilata mürəkkəb texniki məişət əşyalarından, mallardan ən çox şikayətlərin gəldiyi ticarət şəbəkəsi "Kontakt Home"dur. Məişət əşyalarının nasazlığı ilə bağlı məktublar daxil olub".
Bu sözləri Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, "Kontakt Home" ticarət şəbəkəsinin satdığı mallardan narazılıq edən alıcıların sayı artır: "Paytaxtın Nərimanov rayonunun, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan sakini Şirinova Elnura təşkilatımıza ünvanlandığı şikayət məktubunda bildirib ki, 7-ci mikrorayondakı "Kontakt Home-1"-dən kredit yoluyla bir neçə məişət əşyası, o cümlədən "Mitsubishi" kondisioneri, televizor alıb. O, bu alış-verişə görə 2614 manat ödəyib. Lakin yeni kondisioner ilk gündən işləməyib".
Alıcı bu səbəbdən şirkətə müraciət edib: "Onun mənzilinə gələn ustalar kondisionerə ümumiyyətlə qaz vurulmadığını deyiblər. Kondisioneri təmir etmək üçün 9-10 dəfə usta çağırılıb. Lakin qızdırıcı avadanlıq təmir edilməyib. Ona görə də qış fəslində kondisioner mənzilə istilik verməyib. Ötən il alınmış qızdırıcı avadanlıq həmin vaxtdan bu günə kimi işləməyərək mənzilə istilik və ya sərinlik vermir. O, dəfələrlə usta çağırsa da, qızdırıcı avadanlıq düzəlməyib. Bu səbəbdən alıcı kondisioneri geri qaytarmaq istəyir".
Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə edilən şikayətlərdən "Kontakt Home"un köhnəlmiş malları bərpa edərək istehlakçılara satması məlum olur: "Düşünürəm ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan Şirinova Elnura adlı xanıma satılmış kondisioner də həmin mallardandır. Biz bu problemi "Kontak Home"la danışıqlar yoluyla həll etmək istədik, lakin buna nail ola bilmədik. Həmin səbəbdən İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktublarla müraciət etdik ki, vətəndaşın hüququ qorunsun".
Anar Tağıyev
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı













.jpg)






















