Aslan İsmayılov: “Əkrəm Əylisli hava limanında bilərəkdən o hərəkəti edib”
Bizi izləyin

Qırmızı.az

Aslan İsmayılov: “Əkrəm Əylisli hava limanında bilərəkdən o hərəkəti edib”

Tanınmış vəkil Aslan İsmayılov Əkrəm Əylisini hava limanında bilərəkdən qarşıdurma yaratdığını açıqlayıb.

Publika.az xəbər verir ki, vəkil Ə. Əylisliyə qarşı açılan cinayət işinin əslində yanlış addım olduğunu deyib: “Çünki bu xəbər çıxandan qısa müddət sonra artıq dünya mətbuatının manşetini zəbt etdi və bir daha dünya ictimaiyyətinə “Daş yuxular” əsəri təqdim edildi. Sanki kimsə bu əsərin yayılmasında maraqlıdır. Əminəm ki, Azərbaycan xalqı üçün bu əsər qədər ziyanlı ikinci nə yazı, nə də hadisə var. Çox heyfsilənirəm ki, Əkrəm Əylisli haqqında fikir bildirənlərin əksəriyyəti “Daş yuxuları” oxumayıb. Oxusaydılar Əkrəm Əylisli ilə bağlı bugünkü hərəkətləri etməzdilər. Bu fikir həm onu söyənlərə, həm də müdafiə edənlərə aiddir. Onun Hava limanında etdiyi bütün hərəkətləri bilərəkdən etdiyinə və istədiyinə nail olduğuna şübhəm yoxdur. Çünki o, heç nəyi elə belə etmir. “Daş yuxular”da Əkrəm Əylisli yazır ki, “Mən hesab edirəm ki, arabir hakimiyyətlə münasibətləri korlamaq lazımdır ki, azadlıq hissiyyatını özündə saxlaya biləsən”. Bu fikrində də Əkrəm Əylisli səmimi deyil, çünki hakimiyyətlə münasibətini azadlığa görə deyil həmişə öz maddi marağı üçün korlayıb”.

A. İsmayılov Əkrəm Əylislidən dissident düzəldənlərə də cavab verib.

“Ondan dissident düzəldənlərin nəzərinə çatdırıram ki, o, həqiqi dissidentlərdən fərqli olaraq həm Sovet hakimiyyətindən, həm də bugünkü hakimiyyətdən mümkün olan bütün maddi imkanları əldə edən birisidir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm