Metroda təhlükəsizlik tədbirləri gücləndirildi
Bizi izləyin

Qırmızı.az

Metroda təhlükəsizlik tədbirləri gücləndirildi

Bakıda metro stansiyalarında polis nəzarəti gücləndirilib.

Trend-in məlumatına görə, metronun bütün stansiyaları polis tərəfindən ciddi mühafizə edilməyə başlayıb. Metro stansiyasına daxil olan bütün sərnişinlər xüsusi qurğularla fərdi halda ciddi yoxlanılandan sonra stansiyalara buraxılır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib: "İndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm