Azərbaycana daha 3100 vaqon gətirildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycana daha 3100 vaqon gətirildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkəyə 3100 yeni yük vaqonu gətirib.

QSC-dən Publika.az-a verilən məlumata görə, bununla bağlı ötən ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdı. Qısa zaman kəsiyində (on bir ay ərzirdə) vaqonların hamısı ölkəmizə gətirilib.

Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm