Sabah bu küçə və prospekt bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu küçə və prospekt bağlı olacaq

Aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, yolun bağlanma səbəbi bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri ilə əlaqədardır.

Belə ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm