Bakıda park çökür – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda park çökür – FOTOLAR

Paytaxtın Binəqədi rayonunda, “Dərnəgül” metrostansiyasının qarşısındakı park çökür.

Publika.az xəbər verir ki, artıq parkın bir sıra yerlərində çuxurlar yaranıb.

Qeyd edək ki, bir müddət əvvəl də parkın asfalt örtüyünün bir sıra yerlərində çatlar yaranmışdı. Lakin son günlər baş verənlər parkın yer örtüyünün çökdüyünü, hətta çuxurların yarandığını göstərir.

Xatırladaq ki, “Dərnəgül” metrostansiyasının yerüstü sahəsini əhatə edən 10 hektarlıq park 5 il əvvəl – 2011-ci ilin 29 iyununda metro stansiya ilə eyni gündə istifadəyə verilib.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm