Qırmızı.az
Həbsxanada ana olan Lamiyə iş adamına ərə gedir
2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə Şəmkir
rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə
yetirməkdə təqsirləndirilən və 2015-ci il fevralın 20-də azadlığa
buraxılan 1987-ci il təvəllüdlü Lamiyə Quliyevadan yeni xəbər
var.
Məlumata görə, Lamiyə Quliyeva türkiyəli iş adamı ilə ailə həyatı
qurmağa hazırlaşır.
Keçmiş məhkum ailə quraraq birdəfəlik Azərbaycanı tərk edəcək.
Evlilik hazırlıqları aparan Lamiyə Quliyeva xeyli müddətdən
artıqdır ki, Türkiyədə idi. Bir müddət əvvəl isə Lamiyə Quliyeva
Şəmkirə qayıdıb və Azərbaycandan birdəfəlik getmək üçün övladının
sənəd işləri ilə məşğul olub.
Məlumatları Lamiyə Quliyeva da qismən təsdiqləyib. O, həqiqətən
də Azərbaycandan gedəcəyini və bu ölkə ilə heç bir bağlılığı
olmayacağını etiraf edib. Hazırda övladının sənəd işləri ilə bağlı
Şəmkirdə gəldiyini deyən Lamiyə Quliyeva mətbuata bundan artıq
açqlama verməyəcəyini vurğulayıb.
Lamiyə Quliyevanın vəkili olmuş Fəxrəddin Mehdiyev isə bundan
xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, xeyli müddətdən
çoxdur ki, müvəkkili ilə əlaqəsi yoxdur: “Mənim Lamiyə xanımla
əlaqəm yoxdur və onun barəsindəki məlumatlardan da xəbərsizəm.
Bizim çoxdandır ki, telefon əlaqələrimiz yoxdur. Əvvəllər ara-sıra
əlaqə yaradırdıq, amma indi onunla əlaqə yarada bilmirəm. Anası ilə
arada zəngləşirəm, amma ailə qurması ilə bağlı söhbət olmayıb.
Yəqin şəxsi məsələdir deyə, danışılmayıb”.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü
ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)
maddəsi üzrə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı
Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra
başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə
təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə
Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10
il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Vüqar Əliyev
Qobustan həbsxanasında cəza çəkir. 2010-cu ildə həbsxanadaykən
Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya
istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə
əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun
cəzası 5 il 6 ay da artırılıb.
Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə
müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib.
2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın
barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon
Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma
müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul
edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
2015-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə
Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6
ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin
cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından
azadlığa buraxılıb.
Hazırda Lamiyə Quliyevanın Uğur adlı oğlu 1 yaş 7 aylıqdır. (Cebhe.info)
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO