Qafqaz Universitetində forum keçirilib
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində forum keçirilib

Qafqaz Universitetində bu sahədə olan yeniliklərlə əlaqəli Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti və Qafqaz Universiteti tərəfindən "Pedaqoji kadr hazırlığı: Nailiyyətlər, problemlər" I Respublika Forumu təşkil olunub. Müəllim peşəkarlığının keyfiyyət və effektivliyinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində pedaqoji kadr hazırlığı böyük əhəmiyyət kəsb edir.

Publika.az xəbər verir ki, bu forum, müəllim hazırlığı baxımından ölkəmizdəki mövcud təcrübənin qiymətləndirilməsini, həmçinin inkişaf etmiş ölkələrdəki qabaqcıl praktikaların izlənilməsi və xüsusi təhsil modellərinin təkmilləşdirilməsinə işıq tutacaq.

Forumda 275 nəfər orta məktəb müəllimi iştirak edib. İştirakçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti və Qafqaz Universitetinin professorlarından ayrı ayrı mövzular üzrə məruzələr dinləyib suallarına cavab alıblar.

Sonda iştirakçılara sertifikat verilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm