FameLab yarışmasının yarımfinal mərhələsi keçirildi
Bizi izləyin

Qırmızı.az

FameLab yarışmasının yarımfinal mərhələsi keçirildi

Qafqaz Universitetində FameLab milli istedad yarışmasının yarımfinal mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində ADA-nın, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Tibb Universitetinin və başqa universitetlərin tələbələri iştirak edib.

Bu yarışma ilk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən təşkil edilib. Yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır. Azərbaycanda bu yarışma ilk dəfə 2007-2009-cu illərdə Qafqaz universitetində keçirilib. 2015-ci ildə isə rektor professor Ahmet Saniçin təşəbbüsü ilə yarışmanın Qafqaz Universitetində yenidən keçirilməsinə nail olunub.

Yarışda 18-35 yaş arası olan elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir. Müraciət etmiş çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfər finala vəsiqə qazanıb. May ayının 4-də təşkil olunacaq final mərhələsinin qalibi Böyük Britaniyanın Çeltenham Elm Festivalında ölkəmizi təmsil etmə haqqı qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm