Qırmızı.az
Ermənilərin yaraladığı Ağdam sakinləri xəstəxanada müalicə olunur - FOTO
Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Trend-in xüsusi müxbirinin Bərdədən verdiyi məlumata görə, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında dedyib.
O bildirib ki, yaralılardan 2-si rayonun Çəmənli, biri Qaradağlı kəndinin sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi zədəsi alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıydılmış yaralar müşahidə edilir".
1986-cı il təvəllüdlü Çəmənli kənd sakini Zahid Rəhimov kəllə-beyin travması - kontuziya alıb.
1984-cü il təvəllüdlü Çəmənli kənd sakini Anar Abdullayev və 1985-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elgiz Qarayev isə qəlpə yarası alıblar.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən bir qrup Bərdə rayonuna gəlib.
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO