Qırmızı.az
Xalq artisti keçmiş məmurun oğluna ən ağır cəza istədi
“Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm? Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar”.
Milli.Az xəbər verir ki, bunu Modern.az saytına ailəliklə avtomobil
qəzasına düşən xalq artisti, tarzən Ağasəlim
Abdullayev hadisənin günahkarı Xalid
Mədətov barədə danışarkən bildirib.
Xalq artisti bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə
də aydınlıq gətirib: “Gəlinimin burnu çox pis sınmışdı. Həmin
sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun
kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir.”
Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüblər. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.
Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş
məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin
263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq
Təcridxanasında saxlanıldığı bildirilir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq