Qırmızı.az
1 ton leş aşkarlandı
Mayın 4-də şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhəri, Z.Tağıyev küşəsi ev 29 ünvanda yaşayan Ayaz Şəmiddin oğlu Əliyevin işlədiyi Qazax şəhəri, Bakı küçəsində yerləşən köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1050 kq miqdarında mənşəyinə və keyfiyyətinə şübhə yaradan, baytarlıq sənədi olmayan ətlər aşkar olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 37 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvanların ətlərinin olması aşkar edilib. Həmçinin yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərinin olması müəyyən olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Qazax rayonunda aşkarlanan və Bakı şəhərinə gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Gülxar
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf