Qırmızı.az
Ramil Usubov rəisi və 7 işçisini işdən çıxardı
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ RPİ-nin Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşları qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.
Bundan sonra Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da "töhmət", "şiddətli töşmət" cəzaları verilməklə işdən çıxarılıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Qaradağ rayon DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 3 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini polkovnik Ehsan Zahidov isə məsələ ilə bağlı araşdırma aparıb məlumat verəcəyini bildirib.
Qeyd edək ki, daxili işlər orqanlarından qovulan DYPŞ rəisi Sabir Hümbətov Səbail Rayon Polisi İdarəsinin rəis müavini, polkovnik Füzuli Hümbətovun qardaşıdır.
İşdən qovulanlar arasında vaxtilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandiri olmuş polkovnik Qafar Abbasovun oğlu da var.
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR