Bakıda məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutuldu

Biləcəri qəsəbəsinin ərazisində yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində Mobil Abdullayevin qətlə yetirilməsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev və Biləcəri qəsəbə sakinləri Fuad Heydərov, Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Abbas Abbaslı və Samir Məmmədov arasında münaqisə baş verməsi, bu zaman S.Məmmədovun ona ayaq nahiyəsindən bıçaqla xəsarətlər yetirməsi müəyyən edilib və onlar tutulublar.

Qeyd edək ki, qətlə yetirilmiş Mobil Abdullayevin 17 yaşının olduğu və orta məktəb-in 11-ci sinfində oxuduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm