Qırmızı.az
İntiqam Əliyevin ölkədən çıxışına icazə verildi
Baş prokuror Zakir Qaralovun Ali Məhkəməyə verdiyi protest əsasında 5 il şərti cəza ilə azadlığa çıxan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib.
Bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib. Artıq qərar əsasında hüquq müdafiəçisi Avropa Şurasının 6-7 iyunda təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb.
Məlumatı İ.Əliyevin oğluNəcmi Əliyev öz "Facebook" səhifəsində yayıb: "Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə Intiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. İ.Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün bu gün Strasburqa yola düşüb.
O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ İnsan Haqları Komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökümət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər". (musavat.com)
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?