Qırmızı.az
Nəsimi rayonundakı dağılmış parkın aqibəti necə olacaq? – FOTO/VİDEO
Paytaxtın Nəsimi rayonunun Rəşid Behbudov küçəsində yerləşən parkın baxımsızlıq səbəbindən xarabalığa çevrilməsi haqda xəbər vermişdik. Bildirmişdik ki, xoşagəlməz mənzərələrin olduğu istirahət-əyləncə məkanında indi acınacaqlı durum hökm sürür.
Publika.az dağılmış vəziyyətdə olan parkın aqibətiylə bağlı aidiyyatı qurumlarla mövzunu araşdırıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, parkda yenidənqurma və təmir işlərinin aparılması diqqət mərkəzindədir. Yaxın günlərdə bununla bağlı müəyyən işlər görüləcək.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev də dağılmış parkdakı acınacaqlı durumun qısa zamanda aradan qaldırılacağını dedi: "Rəşid Behbudov küçəsində yerləşən parkla bağlı müəyyən işlər görüləcək. Parkın işıqlandırma sistemində problem yaranmışdı. Buna görə də fəvvarə işləmirdi. Bu gün parkda iməcilik həyata keçirilib və təmizlənmə işləri görülüb".
O ki qaldı geniş işlərin görülməsinə, Elman Yəhyayev yaxın günlərdə bu istiqamətdə müəyyən tədbirlər həyata keçiriləcəyinə söz verib: "Biz icraçıyıq, nə vaxt göstəriş versələr, dərhal onun icrasına başlayacağıq. Əyləncə-istirahət məkanının uçub dağılan yerləri var. Mən də o parkın təmirinin tərəfdarıyam. Özüm dəfələrlə orda olmuşam və hər şeyə baxmışam. Orda bir sıra çatışmazlıqlar var. Mən bura gələndə həmin parkda bir neçə dəfə iməcilik keçirmişəm. Onu əməlli-başlı təmizləmişdik. Park yamacda yerləşir və yağış yağanda problemlər yaranır. Təəssüf ki, istirahət məkanı tikiləndə bunlar nəzərə alınmayıb. Biz parka nəzarətin gücləndirilməsini tapşırmışıq. Yaxın günlərdə bunun nəticəsini görəcəksiniz. Tezliklə bu məsələlər həllini tapacaq".
Anar
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov













.jpg)

.jpg)
.jpg)





.jpg)













