Qırmızı.az
Bakının bu parkı xarabalığa çevrilib – FOTOLAR/VİDEO
Bakının müasirləşməsi, paytaxtda görülən abadlıq, yenidənqurma və bərpa işləri şəhərimizə yeni modern görünüş bəxş edir. Şübhəsiz ki, parkların, əyləncə-istirahət məkanlarının abadlaşması da bu prosesdə ön sırada durur.
Son illər Bakının bir çox parklarında həyata keçirilən abadlıq-quruculuq işləri əyləncə-istirahət məkanlarını müasir tələblərə uyğunlaşdırmaqla yanaşı, sakinlərin asudə vaxtlarının səmərəli təşkili, əylənməsi, istirahəti baxımından da önəmlidir. Təəssüf ki, bu sözləri heç də bütün parklar barəsində söyləmək mümkün deyil. Publika.az-ın məlumatına görə, Suraxanı rayonu, Cəbrayıl Xanməmmədov küçəsində diqqətdən kənarda qalmış istirahət kompleksi uzun illər ərzindəki baxımsızlıq səbəbindən dağılaraq sıradan çıxıb.
Ərazidəki oturacaqlar, elektrik lampaları sındırılıb, ağaclar baxımsızlıqdan quruyur. Bir zamanlar sakinlərin əyləncə məkanına çevrilmiş parkın ot örtüyü də susuzluq üzündən tamamilə quruyub. Uşaqların əyləncə kompleksi sındırılıb. Köhnə attraksionlardan yalnız daşlar qalıb.
Xarabalığa çevrilmiş parkın ərazisi həm də zibilliyi xatırladır. Antisanitar şəraitin hökm sürdüyü ərazidə addımbaşı zibil paketlərinə rast gəlmək mümkündür.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, xarabalığa çevrilmiş park axşamlar tüfeyli həyat sürənlərin mərkəzinə çevrilir. Elə elektrik dirəklərini də məhz onlar sıradan çıxarıblar ki, gecələr qaranlıq olsun və burda toplaşa bilsinlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, dağılıb sıradan çıxmış parkın yenidən qurulması, abadlaşması istiqamətində müəyyən işlər görüləcək: "Bizim işimiz düzəltmək, təmir etməkdir. Təəssüf ki, bəzi şəxslər onların istirahəti, əyləncəsi üçün yaradılmış kompleksləri sıradan çıxarırlar. O parkı da bəzi sakinlər acınacaqlı duruma salıb. Biz parkı öz vəsaitimiz hesabına təmir edəcəyik. İndiyə qədər bir neçə dəfə təmir etmişik. Əfsuslar olsun ki, kimlərsə gəlib oturacaqları, elektrik dirəklərini sındırır, dağıdırlar. Parkın abadlığı istiqamətində yenə müəyyən tədbirlər görəcəyik. Kompleksin ərazisindəki oturacaqların sındırılması ilə bağlı polisə məlumat vermişik. Əraziyə nəzarəti gücləndirəcəyik".
Anar Tağıyev,
Fotolar müəllifindir
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır






.jpg)


.jpg)

.jpg)




















.jpg)

.jpg)
