Qırmızı.az
Əlillik və reabilitasiya məsələləri ilə bağlı “Qaynar xətt”ə nə qədər müraciət olub?
Bu ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Qaynar xətt” inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz azalaraq 115-ə enib.
Bu barədə Publika.Az-a ƏƏSMN – nin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-ə düşüb. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır.
Nazirliyin 142 - “Qaynar xətt”inə daxil olan
müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil edib.
Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir
müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə
obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb.
Publika.Az
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq