Qırmızı.az
AZAL-ın yüksək vəzifəli əməkdaşını İnterpol axtarır - FOTO
Beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşmalara qarşı İnfra Hydra əməliyyatı keçirir. Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.
Həmin şəxs AZAL-ın yüksək vəzifəli əməkdaşı Tacəddin Əliyevdir. Tacəddin Əliyev Heydər Əliyev Bakı Beynəlxalq Aerportunun sərnişin nəzarətinin rəhbəri olub və tabeçiliyində olan işçilərlə, habelə hava yolları şirkətinin əməkdaşları ilə əlbir olaraq 2 İraq vətəndaşının sərhədi qanunsuz keçməsinə şərait yaradıb, bunun əvəzində onlardan pul alıb.
İnterpol-un saytında Tacəddin Əliyevin dosyesi yer alır. Orada göstərilir ki, T.Əliyev 1970-ci ildə Cəlilabad rayonunda anadan olub, Azərbaycan vətəndaşıdır. Azərbaycanın prokurorluq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Boyu 180 sm, çəkisi 107 kq-dır.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri