Qırmızı.az
Paytaxtda növbəti “ağac qətliamı”: Obyekt, yoxsa dayanacaq? – FOTOLAR
Prezident İlham Əliyevin dəfələrlə etdiyi sərt xəbərdarlığa baxmayaraq, Bakı şəhərində növbəti "ağac qətliamı" yaşanır.
Publika.az xəbər verir ki, paytaxtın Nizami rayonu ərazindəki Qara Qarayev prospekti boyunca mövcud olan yaşıllıq zolağı məhv edilir. Onun yerində isə böyük sahəni əhatə edən ticarət obyektlər inşa edildiyi deyilir. Ərazidə aparılan tikinti işləri yaxınlıqdakı ətrafı toz-dumana bürüyüb.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi isə bildirib ki, orada ağac qırılmayıb: "Sadəcə olaraq, həmin ərazidə yollar genişləndirilir ki, avtobusların rahat dayanması üçün şərait olsun. Bildiyiniz kimi, yolun həmin ərazisi tıxaclı olur və avtomobillər rahat hərəkət edə bilmir. Tikinti işləri məhz bu problemin aradan qaldırılması üçün aparılır".
Qeyd edək ki, sözügedən ərazidəki ağacların kəsilməsi sosial şəbəkələrdə də böyük etirazla qarşılanıb.
Xatırladaq ki, yaşıllıqların məhvinə ölkə başçısı İlham Əliyev də bir neçə dəfə sərt reaksiya verib.
Bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev ağacların kəsiməsinə münasibət bildirərkən demişdi: "Gəlirlər, gecə vaxtı ağacları kəsirlər və yerində ev tikirlər. Nadir hallarda ağac kəsilə bilər, o da nazirliyin icazəsi ilə. Bu, mənim son xəbərdarlığımdır, bu vicdansızlıq, bu biabırçılıq və cinayətdir".
Həmin vaxtı Prezident ağacları kəsənlərə qarşı daha ciddi tədbirlərin görülməsini və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımların sərtləşdirilməsini tapşırmışdı.
Vasif Həsənli
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev





















.jpg)











