Qırmızı.az
Azərbaycana gələn əcnəbilərin işi asanlaşdı
Elektron hökumət portalına yeni xidmət inteqrasiya olunub.
Trend-in portalın saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu proses Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı elektron xidmət vasitəsi ilə daha asan həyata keçirilir. Qeyd olunan elektron xidmət artıq “Elektron hökumət” portalına da inteqrasiya edilib.
Hətta xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək tələb olunmur. Sadəcə www.e-gov.az elektron ünvanına daxil olub, elektron xidmətlər bölməsində Dövlət Miqrasiya Xidmətinin “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı xidmətini seçmək lazımdır.
Xidməti seçdikdən sonra fiziki, yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçmək mümkündür. Fiziki şəxs kimi qeydiyyatdan keçmək istəyən vətəndaş açılan səhifədə sənəd məlumatlarını qeyd edir, şəxsiyyət vəsiqəsinin foto surətini yükləyir və barəsində ilkin məlumatları müvafiq xanalara doldurur.
Əcnəbinin qeydiyyata alınacağı ünvan məlumatından sonra istifadəçi ekranda görünən təhlükəsizlik simvolunu və rəqəmləri daxil edib təsdiqlə düyməsini sıxmaqla qeydiyyatdan keçmiş olur.
Qeydiyyatı tamamlamaq üçün isə vətəndaş elektron poçt ünvanına daxil olub linki təsdiqləyir və növbəti pəncərədə istədiyi şifrəni daxil edib təsdiqləməklə sistemə giriş əldə edir. Qeyd edək ki, vətəndaş sistemə bir dəfə giriş əldə etdikdən sonra həmin şifrə ilə mütəmadi olaraq sistemdən istifadə edə biləcək.
Beləliklə, xidmət seçildikdən sonra açılan pəncərədə elektron poçt ünvanını və şifrəni daxil edən vətəndaş sistemə daxil olur.
Sonra əcnəbinin qeydiyyata alınacağı “ünvan” düyməsini seçərək ünvanının təsdiqlənməsini gözləyir.
Ünvan aktiv olduqdan sonra əməliyyat düyməsini seçərək yeni səhifədə tələb olunan suallar cavablandırılır və təsdiqlə düyməsi seçilir.
Nəticədə vətəndaş qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı elektron poçtuna bir iş günü ərzində bildiriş göndərilir.
Qeyd edək ki, xidmət 3 dildə - Azərbaycan, ingilis və rus dilində təqdim edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə hüquqi şəxslər tərəfindən qeydiyyatı isə fiziki şəxslərin həyata keçirdiyi qaydada aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu