Qırmızı.az
İntihar edən polkovniklə bağlı rəsmi Açıqlama
Aprelin 7-də Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, hadisə ilə bağlı cinayət
işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma
aparılır.
Kütləvi İnformasiya Vasitələrində yayılan
məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı
salındığı qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, mərhum
polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə
Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq
ona 11.01.2014-cü ildə növbəti "polkovnik-leytenant" hərbi rütbəsi
verilib. Eyni zamanda Polkovnik-leytenant N.Balıyev nazirlik
tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti
mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə
baş verib.
Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə
Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.
Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat
yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas
yanaşılmasını tövsiyə edir.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."