Qırmızı.az
Nazir rüşvət alan polisi işdən qovdu
Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb.
Bu barədə “Axar.az”ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib:
“Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?