• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bu gün eynəklərini almayın! Xəstəlik KABUSU – “Maddə 586”

Bu gün eynəklərini almayın! Xəstəlik KABUSU – “Maddə 586”

Heç ilk eynəyin XIII əsrdə düzəldilməsindən xəbəriniz var idi? İtalyan fiziki Salvinio delli Armati məhz 8 əsr əvvəl eynəyi düzəldib. XX əsrin əvvəllərində isə kino aktyorları publikanın diqqətini çəkməmək, setin güclü lampalarının işığından qızaran gözlərini gizlətmək üçün tünd eynəklər taxmağa başlayıbar. Bu gün metrostansiyaların çıxışlarındakı piştaxtalarda rastlaşdığımız ucuz eynəklərin istehsalına da ilk dəfə Çində deyil, Amerikada başlanılıb. 1929-cu ildə Sem Foster Rrant adlı bir nəfər həmin eynəkləri Nyu-Cersi ştatında çimərlikdə satırmış. Nəhayət bu gün, eynək yay mövsümünün ən vacib aksessuarı hesab edilir. Lakin eynəyin gözlərimizi günün şüasından necə qoruması məsələsi çox vacibdir.

Oxucularımıza keyfiyyətli eynəyi seçməkdə Publika.az-ın "Maddə 586" layihəsi yardımçı olacaq.

Deməli belə… Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar hazırda əksər ticarət obyektlərində, eləcə də səyyar gün eynəklərinin satışı artmaqdadır. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən bu eynəklərin necə gəldi satılması ciddi təhlükə mənbəyidir. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları kifayət qədər məhduddur.

Plastik, yoxsa şüşə eynəklər

Eynək insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklərdir. Eynəklər iki növ materialdan plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri var. Hansı ki buna adi, xameleon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Bu eynəklər əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

Özünüzə ən rahat eynəyi seçin

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilir ki, eynək alarkən mütəхəssislərlə məsləhətləşmək lazımdır. Çünki keyfiyyətsiz eynəklərin satışı göz хəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına gətirib çıxarır, insanda yorğunluğun yaranmasına yol açır: "Əgər görmə qabiliyyətinizdə problemlər varsa, göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin".

Eynək gözə düşməyəndə

Mütəxəssislər deyir bu halda göz qızarır, sulanır, quruyur. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır.

Eynəyi haradan almaq olar

Eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almaq düzgün deyil. Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirilməlidir. Çünki gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır.

Nəyə diqqət edilməlidir?

Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verilməlidir. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edilməlidir. Cızılmış eynəkdən istifadə olunmamalıdır.

Keyfiyyəti necə müəyyən etmək olar?

Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin etmək mümkündür. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyəlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa onda bu həmin eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>