Azərbaycanda həbsdə olan sabiq nazir AZADLIĞA BURAXILDI
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda həbsdə olan sabiq nazir AZADLIĞA BURAXILDI

Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm