Qırmızı.az
Qəfil gələn zəng: Ərini Zaurla aldatdı, Röya isə Zamiqlə... - xəyanətin dərmanı
“Alo, mənə o qızı tapın, alo, alo, alo....”.
Telefonun dəstəyi əlimdə otağa göz gəzdirdim, bura polis
şöbəsi deyildi, axtarış bürosuna heç oxşamırdı, AzTv-nin
hitlərindən olan “ailələr və talelər” verilişi ilə ümumiyyətlə
yaxından-uzaqdan əlaqəsi yox idi. Hələ də susuram, o biri xətdəki
naməlum səs isə təngənəfəs halda qız axtardığını təkrarlayır, səsi
qırıq-qırıq eşidilir, təngənəfəsdir, eramızdan əvvəl Daranın məğlub
edildiyi xəbərini Afinaya çatdırmaq üçün 42 kilometri birnəfəsə
qaçan, mənzil başına çatanda ölən döyüşçünün vəziyyəti gözlərimin
önünə gəlir, “görəsən o döyüşçü ölməsəydi, indi Marafon yarışları
olardımı?!” deyə mənasız-mənasız düşünürəm və qəfil o biri xətdəki
səs kəsilir.
“Ayə qoyma öldü” instinkti ilə qışqırmaq istəyirdim ki, “mənə o
qızı tapın” sözü yenə kabeldən keçib qulağıma girir. Soruşuram,
“hara zəng etmisən”.
Adam qəfil ayıldı. “Bura Publika.az-ın redaksiyası
deyilmi?!” deyə ilan vurmuşlar kimi dedi. Təsdiqləyəndən sonra
ürəyi yerinə gəldi. Ölüm qorxusu o qədər güclü idi ki, marafonu da
unutdum, Daranı da. Təsəvvür edin, tanımadığınız adamla telefonda
danışırsınız, ilk sözdən sonra ölür və siz cinayətkar olursunuz.
“Telefon cinayəti”, yaxud “Cani telefonda” deyə manşetlər atılır.
Bu, kriminal aləmin ən qəribə cinayəti olardı, məncə. Kababa görə
qızını öldürən atanın əməlindən belə dəhşətli və qəribə.
(http://publika.az/p/146462). Hətta cinayətlə bağlı
oxunan ilk sıradakı xəbəri də ötüb keçərdi. (http://publika.az/p/145734).
Redaksiyaya gələn naməlum
zəngi isə güman ki, media aləminin dəhşətli olmasa da, ən qəribə
hadisəsi adlandırmaq olar.
Oxucu imiş, Publika.az-da oxuyub ki, əri aldatdığı üçün bir qız ona
xəyanətlə dərs verib. (http://publika.az/p/145131). Özünü Aytəkin kimi təqdim
edən bu qız 100 kiloluq qadınla xəyanətə uğradığı üçün, əri Ruslana
Zaur adlı oğlanla xəyanət edib. Bizim oxucu da indi həmin qızı
axtarır. Sizcə burada nə düşünmək olar: yəqin, bu oxucu həmin qızı
tapıb, “bir dəfə də mənimlə xəyanət elə” xahişi edəcək. Ya da ki...
heç nə.
Amma siz söhbətə qulaq asın. Qızı axtaran naməlum adam deyir ki,
xəyanətə uğrayan qadınlar üçün dərman tapıb. Bu elə bir məlhəmdir
ki, xərçəngin dərmanını tapmaq üçün (http://publika.az/p/146374) əlləşən elm aləmi bunu
ümumiyyətlə kəşf edə bilməz. Əvvəl çox maraqlandım, etiraf edim ki,
bu bir az da kişiləri xilas etmək istəyindən irəli gəlirdi. Amma
adam yalnız qıza deyəcəyində israr etməyə başladı. Onda başqa
taktikaya əl atdım. Dedim ki, sənə o qızı tapacam, üstündə də
atasına görə ərinə xəyanət edən birini də bonus olaraq verəcəm.
(http://publika.az/p/146468). Bir təhər yola
gətirdim.
500 qram qoz qabığı
200 qram su.
(http://publika.az/p/146320).
Bir az donuz ciyəri.
(http://publika.az/p/146001)
Bir parça ət.
(http://publika.az/p/146272)
Resept belədir. Bu, doğum evində kişini qadın bilib əməliyyat etmək
qədər (http://publika.az/p/146436) insanı dolmaq idi. Ona də
belə dedim. Amma naməlum adam “əsil sirri özümdə saxlayıram” deyə
sirli şəkildə dedi. Hətta iddia etdi ki, onun resepti sayəsində
Bakımız, bu gözəl, abad, şeytanı mələyə çevirənlərin şəhəri
Timbutktu şəhərini qabaqlaya bilər. (http://publika.az/p/146303). Bu deyəsən Cimminin
timsahla sevişməsi qədər ağ oldu deyəsən. (http://publika.az/p/146456) .
Heç ola bilərmi ki, Bakımız Timbutktuya bənzəsin. İnandırıcı olmaq
üçün, mənə deputatın yuxusuna haram qatmamaq üçün azanı qadağan
etməsindən, (http://publika.az/p/146459), vəzifəli şəxsin
işə metro ilə gedib-gəlməsindən, (http://publika.az/p/146198), çimərlikdə qadını pis
vəziyyətə salan 4 oğlandan (http://publika.az/p/146304) danış, deyim hə...
“Mənə bir az ondan danış”, - deyə telefondakı adam yenə əvvələ
qayıdır və axtardığı qız haqda soruşur.
“Gəl sənə, Hitlerin qələmini qıran, Stalini əllərində daşıyan,
istəyəndə ölən, istəyəndə dirilən adamdan danışım (http://publika.az/p/146146)” deyirəm.
“Yox, mənə atasına görə ərini aldadan qadından da danış bir az”
deyə “bonus” vermək istədiyim məsələyə qayıdır.
“Sənə bir az Qarabağdan, yaxın günlərdə gözləniləcək proseslərdən
danışım (http://publika.az/p/146175)” deyə fikrini dağıtmaq
istəyirəm.
Telefonu üzümə qapayır. Kimə, mənə?! Heç olmasa sən etmə. Onsuz da
cavab verməmək üçün min hoqqadan çıxan deputatlarla, telefonu günün
istənilən vaxtı üzümüzə qapayan məmurlarla, bizi günlərlə gözlədən
mətbuat katibləri ilə əlləşməkdən bezmişik. Heç olmasa sən
eləmə.
... Mən sənə bir neçə gün sonra başlayacaq müharibədən danışmaq
istəyirdim. (http://publika.az/p/146509). Ərdoğanla-Putinin
planlarını açıqlayacaq (http://publika.az/p/146020), Putinlə Sarkisyanın
görüşündəki detalları ortaya çıxaracaq (http://publika.az/p/146257), Çinin gizlətdiyi sirləri
de-şifrə edəcəkdim. (http://publika.az/p/145872).
Bunları bəyənməsən, ən sevdiyin mövzuya keçərək, Berluskoninin
sarı, Obamanın qara kişmişlərini, Trampın 1.80 boyundakı
gözəllərini hüzuruna gətirəcəkdim. (http://publika.az/p/146484) .
Saat 22:15-ə diqqət etməyini (http://publika.az/p/145411), Sussanna ilə
(http://publika.az/p/136048), Süşü nənənin
(http://publika.az/p/104134) hansının daha gözəl
olduğunu deyəcək, 11 kişinin dünyanın başına açdığı oyunlardan
(http://publika.az/p/145912) bəhs edəcəkdim.
Bəhs edəcəkdim ki, ötən həftə Bakıda dünyanın dağılmasının
qarşısını necə aldıq (http://publika.az/p/145900). Küçədə yadplanetli ilə
qarşılaşan (http://publika.az/p/145023) Publika.az
oxucusunun tökdüyü göz yaşlarının Allahın yağışından daha güclü
olduğundan danışacaqdım sənə.
Bütün sözlərim ilişib qaldı boğazımda. Başladım boğulmağa və yadıma
düşdü ki, bayaqdan boşboğazlıq edirəm. Bu həftə sonu mənə lazım
idi. Cəhənnəm olsun, hər şey, onsuz da bu gün-sabah yer üzünə də
cəhənnəm gələcək. (http://publika.az/p/146573). Nə qədər yanmamışıq,
gedim Röya ilə Zamiqin ehtiraslı fotolarına baxım. (http://publika.az/p/146556).
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO