Nida.az
Bakıda yadplanetli ilə qarşılaşdı, sonra qızı soyundurub kitab oxudu...
Bir qadının kişini dişləməsi hannibalizmin əlamətidir,
ya da....
Ehtiras...qəzəb, qorxu, sevgi, ölüm, qisas,
xəyanət
Kimisinə görə bu sözlər həyatın özüdür, kimisi də yalnız film üçün
afişalarda tamaşaçıları cəlb etmək üçün istifadə edir. Amma bir
qadın kişini soyundurub dişləyirsə, bunun adı nə qorxu, nə sevgi,
nə qisas, nə də xəyanətdən doğan qəzəbdir, hətta buna ehtiras da
demək hadisəni ifadə etməyə bəs etmir.
"ŞOK: Bu qadın kişiləri soyundurub dişləyir və..." deyə biz də
xəbər yazanda "Hollivud" arzusunda olan, amma tində duran
"qaqaşları", səhərlər yatıb, gecələr maşın qovan "avtoşları" aktyor
deyə tamaşaçıya sırıyan müasir Azərbaycan kinosundakı kimi
məqsədimiz heç də oxucunu cəlb etmək deyildi. Oxucu isə bu başlıqla
yayımlanan xəbəri elə "ehtirasla" qarşıladı ki...
Əslində bu xəbərin açar sözü, elə oxucuların marağına tuş
gəlməsinin də səbəbi "soyundurmaqdadır" desək yanılmarıq. Çünki "bu
qadın kişiləri dişləyir" demək hannibalizmin əlamətidir, soyundurub
dişləmək isə hər bir oxucunun fantaziyasına uyğun müxtəlif
çalarlara sahibdir. Halbuki, bu, sadəcə masajın növü imiş, özü də
Amerikada kəşf edilib. (http://publika.az/p/144658).
Rejissor Tahir Əliyev isə bu həftə sözün əsil mənasında "Amerikanı
kəşf etdi". Deməli adam deyir ki, 18+ təkcə erotik filmlər üçün
deyil, qorxu və azyaşlı uşaqların baxması məsləhət olmayan digər
filmlər üçün də nəzərdə tutulur. Amma sən "qızı soyundurub, sonra
da..." deyirsənsə, tamaşaçıya, yaxud oxucuya söhbətin başqa şeydən
getdiyini, başqa şeylər haqda düşünməyin lazım olmadığını necə başa
sala bilərsən. (http://publika.az/p/144668). Axı bizim oxucularımız
kimi, bunu oxuyan hər kəsə necə başa salmaq olar ki, "qızı
soyundurandan sonra" kitab oxumaq da mümkündür. Özü də yayın bu
vaxtında...
Yayın qızmar vaxtında bu həftə olduqca qaynar keçdi. "Mənim başıma
gələnləri desəm, ümumiyyətlə alışıb-yanmamaq mümkün deyil...".
... Yerli gəlmişkən, Uzaq Şərqdə "yatmış əjdahaya" bənzədilən
Çinin, dünyaya meydan oxuyan Putinin rəhbərlik etdiyi Rusiyanın,
Mübarəki devirib, Mursini zindana salan, indi də Fətullah Gülənə
qapılarını açan Misirin, "kef etmək üçün bəhanə axtaran" Fransanın
qadın hökmdarlarının nə üçün alışıb-yandığını bilirdinimiz?
Publika.az bu həftə arayıb-araşdırıb tapdı ki, hökmranlıqları ilə
dünyanı böyrü üstə qoyan bu ölkələrin qadın imperatorları zamanında
kişilər üçün alışıb-yanırmışlar. Bu həftə oxucularımız bütün
bunlardan xəbər tutdu.
İndi onlar Çinin əjdahasına, Rusiyanın Qərb qarşısında dirənişinə
(http://publika.az/p/144972), Fətullaha
(http://publika.az/p/144687) qapısını açıb Türkiyəyə
meydan oxuyan Misirə necə ciddi yanaşsın. Biz, "Sonanın
uşaqları"nın təbirincə, "kim olmuşunuz ki" demirik, "Kişilər üçün
alışıb yanan qadın hökmdarları" xəbərini oxuyan oxucu belə düşünür.
(http://publika.az/p/144404).
"... Mənim başıma gələnlər sözün əsl mənasında Mədəniyyət və Turizm
Nazirliyinin (MTN) Ağdamın işğal günündə Bulvarda konsert verməsi
qədər inandırıcı deyil. Halbuki, avqustun 23-də MTN-nin yeni
layihəsi çərçivəsində Bulvarda "Salsa party" təşkil olunmuşdu,
adamlar yedilər, içdilər, əyləndilər, oynadılar, həmin gün Ağdamın
işğal olunduğunu da unutdular. (http://publika.az/p/144288). Əvvəl inanmamışdıq, sonra
inanmağa məcbur olduq. Siz də başıma gələnlərə inanmağa məcbur
olacaqsınız.
Deməli, iyulun 25-də NASA Allahın iqamətgahını tapdı.
(http://publika.az/p/144405). Ondan iki gün sonra,
iyulun 27-də yad planetlərdən "Biz varıq, nə üçün yolumuza
çıxmısınız?" deyə mesaj gəldi. (http://publika.az/p/144620). İşdən çıxıb axşamın
qaranlığında metroya gedirəm, yolda Allahın iqamətgahının necə
olduğunu, yad planetlilərin mesajını düşünürəm. Qarşıma bir adam
çıxdı, dedi ki, 4 min il öncədən gəlir (http://publika.az/p/144783), sabah, yəni iyulun 30-da
Azərbaycanda çörəyin qiyməti qalxacaq. (http://publika.az/p/144850). Nə qədər qorxsam da, bu
sözdən sonra dedim ki, bunu bilmək üçün 4000 il keçmişdən gəlməyə
gərək yoxdur. Keçmişdən gələn adam da məni təəccübləndirə
bilmədiyini görüb, əl-ayağa düşdü. Qəfil "Bəs sən bilirsənmi ki,
çörəyin qiymətinin qalxmasından sonra, dünya dağılacaq" deyəndə
dayandım və heç səbəbini bilmədən ağlamağa başladım. Adam yoxa
çıxdı, günlər keçdi, işə gəldim, Publika.az-da yazı çıxdı ki,
2016-cı ildə dünya dağılacaq. (http://publika.az/p/140268). Elə bu gün Bülənt Ərsoyu
da torpağa tapşırdıq. (http://publika.az/p/145001). Bu xəbəri oxuyanda
anladım ki, iki gün öncə tökdüyüm göz yaşlarının səbəbi nə imiş.
Faiq Ağayevin də yalan danışdığını indi anladım...".
Bu oxucularımızdan birinin bu həftə bizə göndərdiyi şanlı məktubun
bir parçasıdır. Amma üz vurmayın, adını açıqlamayacağıq. Ona görə
yox ki, bu etik deyil, insan haqlarına ziddir, yaxud bizi məhkəməyə
verər. Ona görə ki, adamın adı yoxdur, bu yazıda müəllifin adı
olmadığı kimi.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”