Qırmızı.az
97 yaşlı universitet
Bakı Dövlət Universitetinin yaranmasından 97 il ötür. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, ilk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan Bakı Dövlət Universiteti 97 illik fəaliyyəti dövründə Azərbaycan elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb, BDU-nun məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.
Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.
-
Kriminal20:25
15 yaşlı qız dünyaya gətirdiyi körpəni tualetə atdı
-
Kriminal19:55
Bakıda bu da oldu: müğənni olmaq istəyən qadın falçıya 12 min manat verdi - VİDEO
-
Sağlamlıq19:45
Azərbaycanda satılan bu məhsullarda GMO aşkarlandı - SİYAHI
-
Kriminal19:25
Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət işi başlandı
-
Cənubi Qafqaz18:55
Deputat avtomobil qəzasında öldü - Ermənistanda
-
İdman18:15
"Qarabağ"dan Juninyo ilə bağlı AÇIQLAMA
-
Dünya17:50
Yenə məcburi eniş: Bu dəfə ABŞ-dan uçan təyyarə Rusiyaya düşdü
-
Sosial16:03
Bakıda restorana hücum: yaralanan var - VİDEO