Səhiyyə
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə...
Burun əməliyyatından sonra komaya düşüb, daha sonra vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırılmalara başlanılıb.
Publika.az bildirir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Əlavə məlumat olan kimi yayımlayacağıq”- qurumdan bildirilib.
Qeyd edək ki, mərhum bu ilin yanvarın 3-də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən burun əməliyyatı olunub. Bir gün sonra halı pisləşib. Yanvarın 5-də Mansurova “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə yerləşdirilib. O süni nəfəs aparatına qoşulub, intensiv müalicə aparılıb. Amma bütün səylərə baxmayaraq, Nəzrin komadan ayılmayıb və yanvarın 12-də dünyasını dəyişib.
Nəzrin hələ komaya düşəndə faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yoxlamalara başlamışdı. Mərkəzdən sayta bildirilib ki, yoxlamanın nəticəsi barədə rəy hələ hazır deyil.
“Hazır olan kimi məlumat veriləcək”
Bu, Sənan Mehdiyevin ölümlə nəticələnən ilk işi deyil. Həkim təxminən 10 il bundan öncə 18 yaşlı qızın ölümünə səbəb olub və buna görə həbs olunub. Yasamal rayon məhkəməsinin hökmünə əsasən Sənan Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Baş vermiş bu faciədən sonra S.Mehdiyev barəsində hansısa tədbir görülübmü sualı ilə “Mərcan” Klinikasına müraciət etdik. Klinikadan bununla bağlı baş həkim Araz Ağalarovla danışa biləcəyimizi dedilər və nömrəni də verdilər. Amma sözügedən nömrəyə dəfələrlə zəng etsək də, onu açan, vatsapla yazdığımız mətni isə cavablandıran olmadı.
Qeyd edək ki, ötən ilin noyabrın 20-də Nərmin İsgəndərova adlı bloger “Mərcan” Klinikasında qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib və bir müddət sonra vəfat etmişdi. Analitik Ekspertiza Mərkəzi klinikada plandankənar yoxlama aparıb, nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?

















.jpg)






















