Nəqliyyat
Sürücülərin nəzərinə: 15 yanvardan etibarən...
Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Publika.az xəbər verir ki, 2025-ci ilin 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.
Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
-
Nida Xəbər 20:48DİM bununla bağlı tədbirlər görəcək - Fərman
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"


































