“Nazirlik bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”
Bizi izləyin

Qırmızı.az

“Nazirlik bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”

Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama verib.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

“Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm