Bakıda isti olacaq, rayonlarda yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda isti olacaq, rayonlarda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında şənbə günü, sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm