Nida Təhlil
Naxçıvan hücumundan sonra Pezeşkian Əliyevə buna görə zəng etmədi - Detallar
İranın Naxçıvana hücumundan sonra Azərbaycan cəmiyyətində əsas müzakirə edilən məsələlərdən biri “Pezeşkian İlham Əliyevə niyə zəng etmir?” sualıdır. Buna zəmin yaradan iki amil var.
Birincisi, İran rejimi daxilində Pezeşkianın Azərbaycana isti münasibətidir;
Azərbaycanlı olan Məsud Pezeşkian prezident seçilməsindən sonra Bakı-Tehran xəttində İrandan qaynaqlanan gərginliyin aradan qaldırılmasına mühüm töhfə verib.
İkincisi, Prezident İlham Əliyevlə Məsud Pezeşkianın şəxsi dostluq münasibətləridir;
Pezeşkianın Azərbaycana səfərləri zamanı Əliyevlə səmimi dostluğunun dəfələrlə şahidi olmuşuq. Hər iki lider Azərbaycan-İran münasibətlərindəki problemlərin aradan qaldırılmasına çalışıb, buna nail olmuşdular da.
İran rejiminin Naxçıvana hücumu – Azərbaycanın suverenliyinə qarşı terror aktından sonra münasibətlər faktiki olaraq alt-üst oldu. Bu kontekstdə Pezeşkiandan əsas gözlənti Bakıya zəng etməsi, baş verənləri Əliyevlə müzakirə etməsidir. Lakin Tehrandan Bakıya hələ də belə bir zəng gəlməyib.
Pezeşkianın Əliyevə zəng etməməsi, ümumiyyətlə, Naxçıvan hücumuna reaksiya verməməsi hazırda İrana nəzarət edən SEPAH-dan qaynaqlana bilər. Görünür, İran prezidenti Azərbaycana düşmən mövqeyi ilə seçilən SEPAH-la üz-üzə gəlmək istəmir. Hərçənd, burada başqa bir məqam da var:
- Pezeşkian Əliyevə zəng etsə, nə deyə biləcək?
İran Prezidenti hücumla bağlı Azərbaycan Prezidentinə yalnız üç söz deyə bilər:
- Baş verənlərə görə üzr istəyirik.
- Hadisə lazımi formada araşdırılacaq.
- Bir daha belə hadisə yaşanmayacaq.
Pezeşkian bu sözləri deyə bilmir. Üzr istəyərsə, Naxçıvanın İran tərəfindən vurulduğunu qəbul etmiş olacaq və SEPAH bunu özünə qarşı ittiham kimi görür. “Hadisənin araşdırılması” sözünü verə bilmir, çünki hücumu həyata keçirən hərbi qanad buna imkan vermir. Nəhayət, iki səbəbə görə “Bir daha belə hadisə yaşanmayacaq” vədini də verə bilmir:
1. İranda idarəçilik faktiki olaraq nəzarətdən çıxıb, hərbi-siyasi rəhbərlik arasında koordinasiya itib: bu vəziyyətdə Pezeşkian heç nəyin zəmanətini verə bilmir.
2. Pezeşkian “Bir daha belə hadisə yaşanmayacaq” desə, SEPAH həm Əliyev-Pezeşkian dostluğunu, həm də Azərbaycanda ikinciyə olan normal münasibəti pozmaq məqsədilə yenidən hücuma keçə bilər;
Pezeşkianın Əliyevə zəng etməməsində bu amillərin rol oynadığı istisna edilməməlidir.
Asif Nərimanlı
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz








.jpg)














.png)














