Nida Təhlil
İran Naxçıvandan sonra Azərbaycana növbəti hücuma hazırlaşır - Hədəf buradır
İranın Bakı-Tbilisi-Ceyhan kəmərini hədəfə alacağı haqda iddialar/informasiyalar Naxçıvana hücum fonunda daha da aktuallaşıb. Kəmərə hücum çağırışlarının daha öncə - 12 günlük müharibədən sonra gündəmə gəldiyi İranda rejimə yaxın ekspertlər/analitiklər “Müharibədə BTC-ni vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektiv ola bilər” çağırışları edirdilər. Bu çağırışlar iki məntiqə söykənir.
Birincisi, Hömrüz boğazını bağlamaq İrana dost ölkələrə də problemlər yaradır, eyni zamanda, qlobal narazılığa səbəb olacaq;
İkincisi, “sionistlərin İrana hücum edən təyyarələri Azərbaycan nefti ilə təchiz olunur, BTC-ni vurmaq İsrailin hücum potensialına zərbə endirməkdir” tezisi önə çəkilir: İran rejiminin BTC-yə mümkün hücumu “özünümüdafiə hüququ” iddiası ilə əsaslandırılır.
Beynəlxalq media İran rəsmilərinə istinadən BTC-nin hədəfdə olduğunu yazırlar. “Middle East Eye” nəşri bir neçə gün öncə dərc etdiyi “İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq doğurur” sərlövhəli məqaləsində SEPAH komandirinin adının açıqlanmadığı müşavirinə istinad edilir. Qeyd olunur ki, müşavir “Tehran düşmənlərinin neft təchizatı xətlərini hədəfə alacaq və regionda neft ixracının davam etməsinə icazə verməyəcək” deyib.
Yüksək vəzifəli ərəb mənbələri nəşrə bildiriblər ki, SEPAH komandanının müşavirinin açıqlaması İranın BTC-ni hədəfə alacağına dair narahatlıq yaradır. Mənbə deyib ki, “İranın “düşmən neft xətlərinə” zərbə endirmək təhdidi yalnız BTC boru kəmərini nəzərdə tuta bilər, çünki İsrail əsas xam neft ehtiyacını bu kəmər vasətisilə alır”.
Məlumatların analizi İranın Naxçıvandan sonra BTC-yə hücum edəcəyi risklərini gücləndirir.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
