Övladları birinci sinfə gedən JURNALİSTLƏR – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Övladları birinci sinfə gedən JURNALİSTLƏR – FOTOLAR

Bu gün övladını orta məktəbə yola salanlar sırasında jurnalist həmkarlarımız da var. Onların uşaqları birinci sinfə gedib.

Publika.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin qızı, Modern.az saytının əməkdaşı Gülşən Raufqızının, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının və abc.az saytının müxbiri Ülviyyə İsmayılovanın isə oğul övladları birinci sinfə gedib.

Tanınmış jurnalist Murad Hüseynovun oğlu Osman da birincilərdəndir.

“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov oğlu Məhəmmədi ilk dəfə məktəbə yola salmağın sevincini yaşayır.

“Mir” Teleradio şirkətinin Bakı studiyasının əməkdaşı Tağı Türkün qızı bu il 1-ci sinifə qədəm qoyub.

“Lider” TV-nin əməkdaşı Elnarə Dərziyeva qızını 1-ci sinfə aparıb.

Jurnalistlər məktəbdə çəkdirdikləri fotoları sosial şəbəkədə paylaşıblar.

Həmin fotoları təqdim edirik:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm