25 SENTYABR
Bizi izləyin

Qırmızı.az

25 SENTYABR

2011-ci il. Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Çempionatda milli komandamız 9 çəki dərəcəsində təmsil olunub və London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıb. Azərbaycan komanda hesabında Ukrayna və Kubadan sonra üçüncü yerdə qərarlaşıb.

1396-cı il. Birinci Bəyazidin qoşunu Nikopol yaxınlığındakı döyüşdə səlibçiləri darmadağın edir. Döyüş nəticəsində Bolqarıstan 1878-ci ilədək Osmanlının əyalətinə çevrilir.

1978-ci il. ABŞ-da San-Dieqo şəhərində ağır təyyarə qəzası baş verib. “Pacific Southwest Airlines”ə məxsus və Sakramento-Los Anceles-Sandieqo reysini həyata keçirən “Boeing-727-214” tipli sərnişin təyyarəsi eniş zamanı “Cessna 172” kiçikhəcmli təyyarə ilə toqquşub. Toqquşma nəticəsində 144 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm