ADU-da Çin tarixindən seminar keçilib
Bizi izləyin

Qırmızı.az

ADU-da Çin tarixindən seminar keçilib

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Çin sivilizasiyasının yaranması və inkişafı” mövzusunda qədim Çin tarixinin aktual məsələlərinə həsr olunmuş elmi seminar keçirilib.

ADU İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az – a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin tarixşünaslığının əsas xüsusiyyətləri haqqında danışaraq Çin dövlətinin formalaşması mərhələlərinin öyrənilməsində istifadə edilən qədim Çin salnamələrinin əhəmiyyətinə də toxunub.

Seminarda “Xuanxedən Evfrata qədər: Yaxın Şərqə Çin sivilizasiyası yolu (VII-X əsrlər)" adlı məruzəsi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov köçəri türklərin və Ərəb xilafətinin Çinlə münasibətlərini müəyyənləşdirən əsas amillər, Yaxın Şərq xalqlarının Çin haqqında məlumatlandırılmasında İpək Yolunun rolu, o cümlədən ərəblərin çinlilər və Çin mədəniyyəti barəsində bilikləri haqqında məlumat verib.

Sonra qədim Şərq tarixinin problematik məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm