Qırmızı.az
DİN tolerantlıqla bağlı tədbir keçirdi
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans Cəlilabad rayonunda keçirilib.
Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirib.
Cəlilabad RPŞ-nin rəisi Namiq Camalov rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad üzrə dini icmasının sədri Qəni Axundzadə, Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı