Piyadalara kitabçalar paylandı
Bizi izləyin

Qırmızı.az

Piyadalara kitabçalar paylandı

Azərbaycan Dillər Universitetində “Keçid” Layihəsi keçirilib.

Publika.Az-ın məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının (ADU TGT) dəstəyilə baş tutub.

Layihə rəhbəri Pərvanə Sadıxlının sözlərinə görə layihənin aktuallığı günümüzdə baş verən çox saylı piyada qəzaları ilə sıx bağlıdır.

Layihənin əsas məqsədi gəncləri yol hərəkəti qaydaları ilə yaxından tanış etmək, həmçinin yollarda keçidlərdən düzgün istifadə və yol qaydalarına əməl etməyi təbliğ etməkdir.

Keçid layihəsi çərçivəsində işçi qrup tərəfindən piyadaların yol hərəkəti qaydaları ilə bağlı kitabçalar hazırlanıb. Kitabçalarda hər bir piyadaya yollarda davranış qaydaları və ictimai nəqliyyatdan düzgün istifadə yolları haqqında məlumat verilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm