Ötən gecə Şəmkir rayonunda quldurluq hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Ötən gecə Şəmkir rayonunda quldurluq hadisəsi baş verib

İki nəfər maskalı şəxs Keçili kənd sakini, 47 yaşlı Zülfiyyə Qəhrəmanovaya məxsus mənzilə daxil olaraq ona hədə-qorxu gəlib.

İki nəfər maskalı şəxs Keçili kənd sakini, 47 yaşlı Zülfiyyə Qəhrəmanovaya məxsus mənzilə daxil olaraq ona hədə-qorxu gəlib.

Qadından pul tələb edən həmin şəxslər ondan 10.000 manat aldıqdan sonra mənzili tərk ediblər. Həmin şəxslər sözügedən ünvandan bir qədər uzaqlaşdıqdan sonra cinayətdə istifadə olunan maskanı və əlcəyi yerə atıblar.

Hazırda Şəmkir polisi quldurluq edən şəxslərin tutulması istiqamətində intensiv əməliyyat axtarış tədbirləri həyata keçirir. Qeyd edək ki, Zülfiyyə Qəhrəmanova Keçili kənd tam orta məktəbində müəllimə işləyir. Onun uzun müddətdir sələmlə pul verməsi barədə faktlar üzə çıxıb. /Milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm