Qırmızı.az
Prezident İlham Əliyev XDMX-nin idman kompleksinin açılışında iştirak edib - FOTO
Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin
hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə
tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak
edib.
Dövlət başçısı Xidmətin Situasiya Mərkəzinin fəaliyyəti ilə
maraqlanıb.
Prezident İlham Əliyevə son illər hərbi şəhərcikdə həyata keçirilən
tikinti və yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub
ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən
qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa
edilib.
Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin
idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə
idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var.
Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılıb. Dövlət
başçısı xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim
formaları və ləvazimatlara baxıb. Qeyd olunub ki, bu müasir
avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili
yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları,
hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı,
həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı
videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar
əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan
verir.
Prezident İlham Əliyev əlbəyaxa döyüş zalında şəxsi heyətin
nümunəvi çıxışlarına baxıb.
Məlumat verilib ki, trenajor zalı ən müasir avadanlıqla təchiz
olunmuş kompleksdə basketbol, voleybol və digər kütləvi idman
yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da
yaradılıb.
Mövcud şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev Xüsusi
Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşüb.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA