Sosial
Marketlərdə artıq qızlar alıcılara siqaret təklif edirlər - Deputat
Bu qanun layihəsi inhisarçılığın yaranmasına xidmət edir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə deyib.
Deputat bildirib ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir:
“Bu qanunda hüquqların əsassız məhdudlaşdırılması müşahidə edilir, qeyri-bərabərlik yaradılır. Yeni fəaliyyət sahəsi yaradanlara bəzi müddəalar şamil edilir, köhnə şirkətlərə isə maddələr şamil olunmur. Yeni yaradılmış müəssisə üçün 34 milyon tələbi qoyulur. Köhnə müəssisə üçün isə bu tələb yoxdur, o xaricdən siqaret idxal edəcək. Nəticədə yeni müəssisə açmış şəxs bankrot olacaq. Mən istəyərdim Azərbaycanda heç kim siqaret çəkməsin. Ötən iclasda elektron siqaretin Azərbaycanda qadağan edilməsi təklif olundu. Mən bunu araşdırdım, gördüm ki, elektron siqaretlər sağlamlığa az ziyanlı siqaretlər imiş. Yəni biz deyirik, elektron siqareti qadağan edək, hamı keçsin normal siqaretə? Marketlərdə artıq qızlar alıcılara siqaret təklif edir. Təklif edirəm ki, COP dövründə siqaretin reklamını yığışdırsınlar. Bizdə köşklərə baxın, hər yerinə siqaretlər düzülüb. Hesab edirəm bu qanun layihəsi geri qaytarılmalı, mütləq ekspertizadan keçirilməlidir”.
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
-
Sosial28 May 22:48
Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA
-
Dünya28 May 22:36
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
-
Region28 May 21:48
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi