Ağdaşda məmur mənimsəməsi: iş məhkəməyə göndərildi
Bizi izləyin

Qırmızı.az

Ağdaşda məmur mənimsəməsi: iş məhkəməyə göndərildi

Ağdaşda məmur mənimsəməsi: iş məhkəməyə göndərildi

Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, istintaq sübut edib ki, mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşfiq Baxışovun, rayon icra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə Məktəbinin baş mühasibi Yaşar Həsənovun, Maşad Kənd Poçt Şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında ümumilikdə 773 şəxsə sosial müavinət təyinatı aparılıb 1.988.779 manat məbləğində dövlət vəsaiti mənimsənib. Vahid Seyfəlov, Əslan Lətifov həbs edilib. Müşfiq Baxışov, Müstəqim Məmmədov, Yaşar Həsənov barədə isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm