Qırmızı.az
"Özgə Uşaq Olmur!" - SƏRGİ

26 Dekabr tarixində saat 19 :00 -da Natavan Gallery-də "Özgə Uşaq Olmur!" şüarı ilə animosərginin açılış mərasimi baş tutacaq.
27 dekabrda isə sərgi saat 12:00- 18:00 arası davam edəcək.
İştirakçılar eyni zamanda Natavan Gallerinin təşkil etdiyi xeyriyyə
sərgisindən çox maraqlı YENİ İL əşyaları da əldə edə
biləcəksiniz.
Sərgi “Ümidlərin kölgəsi” layihəsi çərçivəsində həyata keçirilir.
Tədbirdə QHT –nümayəndələri, layihəyə cəlb olunan tanınmış
simaların ( Samira, Sevinc və Fuad Əlişovlar, Flora Kərimova,
Hüseyn Cavadzadə, Nərmin Ağasi), şirkət və dövlət nümayəndələrinin
iştirakı nəzərdə tutulub. Sərgi valideyn himayəsindən məhrum olan
kimsəsiz uşaqların problemlərinə yönəltmək və bu yolla“Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın
həyata keçiriləsinə və kimsəsiz uşaqların övladlığa verilməsi
haqqında məlumatlılığın artırılmasına dəstək olmaq məqsədi daşıyır.
Fotolarda məhşur insanların gündəlik ailə həyatını əks etdirən ,
eyni zamanda kimsəsiz uşaqların proeksiyası əlavə olunub.
Layihənin rəhbəri Aynur Salmanovanın mətbuata verdiyi məlumatda
bildirmişdir ki, əsas məqsədimiz kimsəsiz uşaqların da isti ailədə
böyümək şansının olduğunu cəmiyyətin diqqətinə çatdırmaqdır.
Sərgidən sonra mövzu ilə əlaqədar layihənin sosial çarxı
hazırlanacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fonudun maliyyə dəstəyi reallaşmışdır. Layihənin təşkilati
dəstəyi “Birliyə Doğru” İB ilə əməkdaşlıq edən“ADDIM” Yaradıcı
Gənclər Assosasiyası,Azərbaycan Uşaqlar Birliyi, Od production,
Natavan Gallery & Club göstərir.

-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf
-
Dünya07:15
6 uşaq atası evdəki bütün pulu oğurlayıb oğlunun azyaşlı nişanlısı ilə qaçdı
-
İdman06:46
Oveçkin Türkiyədəki istirahətinə nə qədər xərc çəkib?