Qırmızı.az
Siyavuş Novruzov Söyün Sadıqovun yarıçılpaq fotosundan DANIŞDI
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovun “Facebook” səhifəsində qarda çəkilən yarıçılpaq fotosunu paylaşmasına münasibət bildirib.
YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib: “Mən bu cür səviyyədə olan adamlara əhəmiyyət vermirəm. Bu fotolarla özünün səviyyəsini göstərir. Azərbaycan xalqı, mediası və cəmiyyəti də Söyün Sadıqovu yaxşı tanıyır. O bu cür hərəkətlərlə diqqət çəkmək və gündəmə gəlmək istəyir. Onun əsas məqsədi bununla gündəmə gəlməkdir. Ancaq o nə cür hərəkət etsə belə, heç kimin diqqətin çəkməyəcək. Normal başı olan adam isə özünün lüt şəkilini internetdə yaymaz”.
Xatırladaq ki, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov özünün Facebook səhifəsində yarıçılpaq şəklini paylaşıb. Şəkildə Söyün Sadıqov qarlı havada yarıçılpaq gəzməklə bədəninin soyuğa davamlı və möhkəm olduğunu nümayiş etdirib.
Vasif Həsənli
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!