Qırmızı.az
Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Azərbaycanın Qarsdakı baş konsulluğu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi təşkil etmişdir.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
mərasimdə iştirak edən Qars vilayətinin rəhbərliyi, ölkəmizin bu
şəhərdəki diplomatik nümayəndəliyinin əməkdaşları və ictimaiyyətin
təmsilçiləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik
sükutla anmışlar.
Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsindən
sonra çıxış edən ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov
xalqımızın müstəqillik uğrunda mübarizəsindən, 20 Yanvar faciəsinin
səbəblərindən ətraflı bəhs etmişdir. Diplomat vurğulamışdır ki,
Azərbaycanın milli azadlıq hərəkatını boğmaq istəyən qüvvələr dahi
siyasətçi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzalqşdırılmasından
istifadə etmişlər. Bakıda və Dağlıq Qarabağda fəallaşan erməni
separatçılarına Sovet İttifaqı rəhbərliyindən dəstəyin artırılması
Qanlı Yanvar faciəsini törədilməsi ilə nəticələnmişdir. O ağır
günlərdə həyatını təhlükəyə atan Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamı törədənləri
kəskin şəkildə qınamışdır.
Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş və Qars Qafqaz
Universitetinin professoru Hacali Nəcəfoğlu çıxışlarında Azərbaycan
və Anadolu türklərinin erməni quldurlarına qarşı mübarizəsindən
bəhs etmiş, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin şanlı
səhifəsi kimi dəyərləndirmişlər.
Mərasimdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş
olunmuşdur.
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək